Avropa müsəlmanlara qapısını bağlamalıdır - Şok çağırış

Kataloniyadakı hadisələr sivilizasiyaların toqquşmasıdır.
 
Bunu jurnalistlərə açıqlamasında Polşa Daxili İşlər naziri Mariuş Blaşak söyləyib.
“Avropa üçün yeganə çıxış yolu qapılarını bağlamaqdır. Bizdə - Polşada islamçı terrorçular üçün baza olan müsəlman icması yoxdur. Biz hər şeyi edirik ki, ölkə təhlükəsizlikdə olsun və buna görə də miqrasiya haqqında razılaşmanı qəbul etmirik”, - Blaşak bildirib.