Avropa Məhkəməsindən hakimiyyət əleyhinə QƏRAR - İlkin Rüstəmzadəyə 22500 avro kompensasiya tələbi...

Baxış sayı:
10636

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM)NİDA Vətəndaş Hərəkatının üzvü,gənc fəal İlkin Rüstəmzadənin Azərbaycana qarşı işi üzrə qərarını elan edib.

Bu iş İlkin Rüstəmzadənin 2013-cü ildə açılan cinayət işi çərçivəsində barəsində seçilən həbs qətimkan tədbiri və həbsdə saxlama müddətinin uzadılmasından verdiyi şikayətinə aiddir.

Məhkəmə hesab edib ki, İlkin Rüstəmzadənin həbsi üçün əsaslı şübhə mövcud olmayıb. Konvensiyanın 5.1-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusu tanınıb, mənəvi zərərə görə 20.000 avro, məhkəmə xərclərinə görə 2500 avro kompensasiya müəyyən edilib.

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının həbs edilən 8 üzvündən biridir. Gənclər kütləvi iğtişaşların təşkili və bir sıra ittihamlarla uzun müddətə həbs olunublar.

İlkin Rüstəmzadə isə 2014-cü il mayın 6-da saxlanılıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il azadlıqdan məhrum edilib.

"Amnesty International" hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları "vicdan məhbus"u elan edib.

Sonradan İlkin Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıb.