Avropa Məhkəməsi daha 6 iş üzrə qərarını açıqlayacaq

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarlarını açıqlayacaq.
 
 Bu haqda vəkil Asabəli Mustafayev feysbuk səhifəsində məlumat yayıb:
“Avropa Məhkəməsi hüquqlarını müdafiə etdiyim 6 şikayətçinin işi üzrə 13 iyulda qərarlarını elan edəcəkdir. Bu Ərizəçilər aşağıdakılardır:
1.Abdulali Sərvər
2.Rüstəmli Sahib
3.Əlisoy Türkel
4.Nağıyev Köçəri
5.Abbas Fəxrəddin
6.Aygün Səfərli
Bu işlərin hamısı sərbəst toplaşma azadlığının pozuntusu, qanunsuz həbslə bağlıdır. Ümüd edirəm ki, qərarlar ərizəçilərin xeyrinə olacaqdır. Yaxın zamanlarda yeni qərarların elanı gözlənilir”.