Avropa Məhkəməsi 8 jurnalistin şikayəti üzrə kommunikasiyaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi 2008-2015-ci illərdə müxtəlif vaxtlarda zorakılığa məruz qalmış jurnalistlər - Zamin Hacı, Əfqan Muxtarlı, Həkimeldostu Mehdiyev, İlqar Nəsibov, Ramid İbrahimov, Etimad Budaqov, İdrak Abbasov, Tapdıq Fərhadoğlunun Azərbaycana qarşı şikayətləri üzrə kommunikasiyaya başlayıb.
 
 Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində yazıb.
Məhkəmə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq hüququ) və 10 (ifadə azadlığı hüququ) maddələrinin pozuntusu ilə bağlı hökümətə suallar ünvanlayıb. İlk 7 ərizəçinin hüquqlarını Rəşid Hacılı, Tapdıq Fərhadoğlunun hüquqlarını isə Samirə Ağayeva müdafiə edir.