AVROPA MEDİASI: “Serj Sərkisyan hakimiyyətdə qalmaq üçün hər şeyə razıdır”

Baxış sayı:
5341

Avropa mediası Ermənistanda baş verən son proseslərdən yazıb və Serj Sərkisyan hakimiyyətini sərt şəkildə tənqid edib.
“2008-ci ildən bəri Ermənistanı idarə edən adam, çoxminlik mitinqlərlə etirazlara rəğmən yenidən icraedici hakmiyyətin başına gətirldi”, -Fransanın “Liberation” qəzetindən Aureliya Abdelbost yazır.
Müəllif ermənilərin etirazlarının parlamentdə mütləq çoxluğa malik hakim Respublika partiyasının Serj Sərkisyanı hökumət başçısı vəzifəsinə təsdiq etməkdən çəkindirmədiyini bildirir.
Qəzet Serj Sərkisyanın ölkədəki siyasi sabitliyi partlayan vulkana bənzətməsinə diqqət çəkib:
“Çiçəklənən, qanunun hökm sürdüyü Ermənistanda, yaşamaq üçün yatan vulkanların oyanmaması gərəkdir. Vulkanlar isə onları oyatmadıqca püskürmürlər”, - S.Sərkisyan parlamentdəki çxışında bildirib.
“İki prezidentlik müddətini başa vurduqdan sonra S.Sərkisyan ölkənin rəhbərliyində qalmaq üçün hər şeyi edib. Bununla bağlı ssenari əvvəlcədən yazılıb. Prezident varis olaraq özünü gördüyü üçün 2015-ci ildə keçirilən referendumla prezident rejimini parlamentli üsul-idarə ilə əvəzləyib. Hakimiyyətin bu yolla ötürülmə formasına görə S.Sərkisyan asanlıqla öz-özünü baş nazir olaraq təyin edib”, - Fransa erməni təşkilatlarının koordinaiya şurasının həmsədri (CCAF), “Nouvelles d`Aremenie” jurnalının baş redaktoru Ara Toronyan müəllifə bildirib..
Erməni politoloq Stepan Safaryanın söylədiyinə görə, mitinqlər hadisələrin ümumi gedişini dəyişdirməsə də müyyən müsbət rol oynayıb: “Bu hakim Respublika partiyasının ürəyi istədiyi hər şeyi həyata keçirmək imkanlarının qeyri-məhdud olmadığını nümayiş etdirib”.
Ara Toronyan bütün bu aksiyalarda yeni siyasi fiqurun, Nikol Paşinyanın önə çıxmasını xüsusi vurğulayıb və onun müxalifətin yeni lideri olaraq özünü təsbit etdiyini bildirib.
Safaryan isə Ermənistanda layiqli siyasi alternativin olmadığını söyləyib. “Ermənilərin indiki hakimiyyətdən xoşları gəlmir, lakin Sərkisyan və onun partiyası onları başqa seçim olmadığı fikrinə qapılmağa məcbur edib”, - Safaryan qeyd edir.
İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinin müəllifi Markus Akeret isə ermənilərin hakimiyyətdən bezdiyini yazır.
 “Hakimiyyətin yuxarısındakı bu cür formada aparılan dəyişiklik siyasətin ictimai rəyi vecinə almadığının göstəricisidir. Bərbad iqtisadi vəziyyətdən, Rusiyadan hədsiz asılılıqdan və Avropa ilə əlaqələrin zəifliyindən narazılıq artıq siyasi debatların deyil, küçə etirazlarının predmetinə çevrilib. Lakin əhali Rusiya ilə əlaqələrə tənqidi yanaşmaqla bərabər, həm də realist münasibət göstərir. Burada Ermənistanın Azərbaycan və Türkyə tərəfindən izolyasiya halına salnmasının da rolu böyükdür”, - jurnalist qeyd edir.