Avropa Liqasında yarımfinalçılar bəlli oldu

Baxış sayı:
11365

Futbol üzrə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Muxalifet.az xəbər verir ki, Londonda “Napoli”ni 2 cavabsız qolla məğlub edən “Arsenal” İtaliya səfərinə yollanıb. “Topçular”a yarımfinala yüksəlmək üçün hətta heç-heçə də kifayət edirdi. Amma London klubu cavab matçında da qalib gəlməklə yarımfinala vəsiqəni təmin edib.

Almaniyanın “Ayntraxt”ı doğma azarkeşləri önündə “Benfika”nı qəbul edib. İlk oyunda 2:4 hesabıyla məğlub olan Frankfurt təmsilçisi yarımfinala yüksəlmək üçün mütləq qalib gəlməliydi. İki cavabsız qol vuran almanlar ümumi hesabda bərabərliyə nail olmaqla səfərdə vurduğu qollar sayəsində mərhələ adlayan tərəf olub.

“Vilyarreal” “Valensiya” səfərinə yollanıb. İlk oyunda 3:1 hesabıyla qələbə qazanan “Valensiya” bu görüşün favoriti idi. Gözlənildiyi kimi, bu dəfə də qələbə qazanan “Valensiya” yarımfinala yüksəlib.

“Çelsi” isə ilk oyunda minimal hesabla məğlub etdiyi “Slaviya”nı qəbul edib. Bol qollu qarşılaşmanın sonunda sevinən yenə “zadəganlar” olub.

Avropa Liqası
1/4 finalın cavab oyunları

18 aprel

Napoli (İtaliya) – Arsenal (İngiltərə) 0:1 (İlk oyun 0:2)
Qol: Lakazett, 36.

Valensiya (İspaniya) – Vilyarreal (İspaniya) 2:0 (3:1)
Qol: Lato, 13. Parexo, 54.

Ayntraxt (Almaniya) – Benfika (Portuqaliya) 2:0 (2:4)
Qol: Kostiç, 37. Rode, 67.

Çelsi (İngiltərə) – Slaviya (Çexiya) 4:3 (1:0)
Qol: Pedro, 5; 27. Deli, 9-öz qapısına. Jiru, 17 – Suçek, 26. Şevçik, 51; 54.