Avropa Komissiyasında Türkiyəyə sanksiya müzakirəsi

Baxış sayı:
52

Avropa Komissiyası Kipr açıqlarında təbii qaz axtarış və qazma fəaliyyətinin davam ediyi təqdirdə Türkiyəyə edilən iqtisadi yardımları müzakirə edir. Avropa Komissiyasında təqdim edilən təklifdə qalmaqal ifadələr yer alır.
 
Avropa Birliyi (AB) Kipr açıqlarında qazma fəaliyyətlərinə davam etdiyi təqdirdə Türkiyə ilə üst səviyyə ünsiyyətinin böyük bir qisimini təxirə sala bilər və təmin etdiyi maliyyə fondların axışını kəsə bilər. Bu iki təklif bu gün Avropa Birliyi üzvü ölkələrin nümayəndələrinin Brüsseldə təşkil etdikləri yığıncaqda qarşıya qoyulan və önümüzdəki bazar ertəsi günü üzv dövlətlərin Xarici İşlər nazirləri tərəfindən tətbiqə qoyulması hədəflənən təkliflərdən bir neçəsidir. Müzakirə edilən fikirlərin tətbiq edildiyi təqdirdə, önümüzdəki il Avropa Sərmayə Bankı tərəfindən Türkiyəyə ediləcək yardımlarda 146 milyon avro məhdudlaşdırmaya gedilə bilər.
Avropa Komissiyası tərəfindən təqdim edilən təklif bütün dövlət liderləri və nazirlik səviyyəsindəki səfərlərin təxirə salınmasını ehtiva edir. Mövzunun həssaslığı səbəbiylə adının açıqlanmasını istəməyən Avropalı diplomat, birliyin xarici əlaqələr xidmətinin üzv dövlətlərə Türkiyə ilə üst səviyyə təmaslardan çəkinmələrini tövsiyə edə biləcəyini söyləyib. Avropalı diplomat "Türkiyənin dərin dənizlərdə karbohidrogen kəşfi və istehsalı sektoru, firmaları ilə fərdləri hədəf ala bilər. Hərçənd bu mövzular Avropa Komissiyasının təqdim etdiyi təklifdə hələlik müzakirə olunmayıb" deyib.
Yığıncağa qatılan bir diplomat "Alınacaq qərarlar yalnız söz mövzusu qeyri-qanuni fəaliyyətlərə müdaxil olan şəxsləri hədəf alacaq. Terrorla mübarizə və NATO mövzularında Türkiyəyə ehtiyacımız olduğu üçün diqqətli bir şəkildə tarazlıq qurmağa çalışırıq. Bəzi üzv dövlətlər Türkiyə üzərindən keçən enerji xəttlərinə möhtac olduğu üçün mövzunu həssaslıqla araşdırırıq. Geniş diametrli iqtisadi sanksiyalar gözləməyin" deyib.
Müzakirələrin başlanğıcından bəri açıqca Yunan Kiprini müdafiə edən AB liderləri, ötən ay etdikləri açıqlamada, Türkiyənin qazma işlərinə davam etdiyi təqdirdə sanksiya tətbiqi düşündüklərini bəyan etmişdi. Cənub Kipr Yunan Rəhbərliyi (GKRY) ağır sanksiyalar mövzusunda təzyiq edilməsini tələb etsə də, digər üzv dövlətlərdən bəziləri üst səviyyə təmasları kəsmə mövzusuna təmkinli yanaşır.
Müxalifət.az