“Avropa Komissiyası Trampın administrasiyasından daha mütəşəkkildir” - Yunker

Avropa Komissiyası Trampın administrasiyasından daha mütəşəkkildir.
 
Bu barədə Avropa Komissiyasının prezidenti  Jan-Klod Yunker “Politico” qəzetinə müsahibəsində bildirib.
 “Hər-hansı daxili çətinliklərə baxmayaraq, biz ziddiyyətləri məsələləri insanların işdən qovulması ilə yox, şəxsi söhbət vasitəsilə həll edirik”, deyə J-K.Yunker vurğulayıb.
 Qeyd edək ki, son həftələr ərzində Ağ Evdə bir sıra təzadlı kadr dəyişiklikləri baş tutub./apa