Avropa komissarı MERKELİN TÜRKİYƏ DÜŞMƏNÇİLİYİNİ İFŞA ETDİ

Dövlət çevrilişlərinin müzakirə edildiyi Kartəpə Konfransının qonaqlarından biri, keçmiş Avropa Birliyinin Genişlənmədən Məsul Komissarı Gunter Verhaugen Milliyyət” qəzetinin suallarını cavablandırıb.
 
Türkiyə ilə Aİ arasında yaşanan gərginliyin əslində 2005-ci ildən etibarən gün üzünə çıxmağa başladığına diqqəti çəkən Verhaugen, "Son bir neçə ildir qabarıq hala gələn gərginliyinin başlanğıc nöqtəsi əslində 2005 ildir. Fransada, Türkiyənin Aİ-yə üzvlüyünə "xeyir” deyilən referendumdan sonra təəssüf ki, Türkiyə günah keçisi elan edilməyə başlandı. Almaniya baş kansleri Merkelin Türkiyəyə baxışı və əleyhinə olan hərəkətlərin kəskinləşməsi münasibətlərdəki gərginliyin qırılma nöqtəsi oldu" dedi.
Aİ-nin strateji təhlükəsizlik baxımından hər zamankından daha çox Türkiyəyə ehtiyac duyduğu bir dövrdən keçirik. Proqnozum 2013-ci ildə Türkiyənin tamhüquqlu üzvlüyünün reallaşacağı istiqamətində idi.
 
 "Merkel şok yaratdı
 
 "Almaniya baş kansleri Angela Merkelin Türkiyəyə qarşı mövqeyi və davranışı hamımızda şok təsiri yaratdı. Türk tərəfi üzvlük və meyarlar üçün məsuliyyətini yerinə yetirdi. Avropa sözünü yerinə yetirmədiyi kimi, Merkel də “Danışıqlar” sözünün içi boş bir söz olduğunu ifadə etdi. Türkiyə, miqrant məsələsində Aİ tərəfindən aldadılan ölkə mövqeyində oldu.
Türkiyə bu problemi söz verdiyi şəkildə həll etdi və üzərinə düşənləri yerinə yetirdi. Hətta bu yanaşma Merkelin yenidən kansler olma prosesini zəmanət altına aldı. Merkel, seçkilərdən Türkiyənin köçkün siyasətində ardıcıl mövqeyi sayəsində qalib çıxdı. Aİ isə “vizaların qaldırılması” məsələsində üzərinə düşəni yerinə yetirmədi. Vizaların qaldırılması məsələsi bəzi Alman siyasətçilərin yaşadığı dilemmadan qaynaqlanır.
Bir tərəfdən Türkiyənin viza ilə bağlı “sərbəst keçid” prosesinin sürətləndirilməsindən danışarkən, bir tərəfdən də Aİ-dən kənarda qalmasının lazım olduğu irəli sürülür. Bu vəziyyət isə etimad, inamsızlıq probleminə yol açır".
Müxalifət.az