Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlib

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Qerbert Zalberin Azərbaycana səfəri başlayıb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a bildirilib ki, yanvarın 14-15-də Bakıya səfər çərçivəsində xüsusi nümayəndə ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Həmin görüşlərdə Azərbaycan və Aİ münasibətlərinin inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunacaq.