Avropa İttifaqının binası yenə tüstüləndi

Brüsseldə Avropa İttifaqı Şurasının yeni binasında növbəti dəfə təxliyə işləri aparılıb.
Trend-in məlumatına görə, binanın yeməkxana hissəsindəki havalandırma sistemində tüstülənmə qeydə alınıb.
Dərhal əməkdaşlar təxliyə edilib, bəzi şəxslər tüstüdən halsızlaşıb.
Qeyd edək ki, oktyabrın 13-də də oxşar hal qeydə alınmışdı.