Avropa İttifaqından Türkiyəyə QALMAQAL AFRİN ŞƏRTİ

Baxış sayı:
2857

Avropa İttifaqı Türkiyənin sərbəst viza mövzusundakı gözləntisinə dair qalmaqal bir cavab verib. Sərbəst viza terrorla mübarizə qanununun yumşaldılması ilə Afrin məsələsində şərt qoyulub.
 
Bolqarıstanın paytaxtı Sofiyada Avropa İttifaqının Xarici İşlər Nazirləri səviyyəsində iclas keçirilib. İclasda Türkiyənin sərbəst viza mövzusundakı tələbi də müzakirə olunub və viza məsələsində Aİ Türkiyəyə qalmaqal bir şərt qoyub.
Sərbəst viza məsələsinin baxılması üçün terrorla mübarizə qanununda yumşaltma ilə Afrində aparılan fəaliyyətlər mövzusunda tənzimləmə gətirməsi tələb edilib.
 
TERRORLA MÜBARİZƏDƏ YUMŞALMA
 
Aİ naziri və Baş müzakirəçi Ömər Çelikin də iştirak etdiyi iclasda Aİ Türk vətəndaşlarına sərbəst viza verilməsi məsələsini terrorla mübarizə qanununun yumşaldılması şərtinə bağlayıb.
Belçika xarici işlər naziri Didier Reynder verdiyi açıqlamada, "Türkiyə bu qanunu Aİ dəyərləri ilə uyğun hala gətirərsə, asan viza mövzusunda irəliləmə təmin edilir" - deyib.
 
VİZA ÜÇÜN DİGƏR ŞƏRT AFRİN
 
Aİ xarici işlər nazirlərinin görüşlərində Türkiyənin Afrinə keçirdiyi əməliyyatı da müzakirə olunub. Nazirlər əməliyyatda mülki əhalinin ölümü məsələsi ilə bağlı narahatlıqlarını dilə gətirib.
Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti Üzrə Ali Nümayəndəsi Federica Mogerini, İŞİD ilə mübarizənin lazım olduğunu bildirərək, "Ancaq bizlər təbii olaraq əməliyyatda mülki ölümlərindən və Cenevrə prosesinin çətinləşməsindən ehtiyat edirik" deyib.
Müxalifət.az