Avropa İttifaqından Türkiyəyə çağırış: DAYANDIRIN

Baxış sayı:
4630

 Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəliyi Türkiyənin Şərqi Aralıq dənizində apardığı qazma fəaliyyətini dayandırması yönündə müraciət edib.
 
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Üzrə Ali Nümayəndəsi Mogherininin sözçüsü Maja Kocijancic, Türkiyəni Cənubi Kiprin suverenliyinə hörmət etməyə və Kiprin məhdudlaşdırılmış iqtisadi bölgəsindəki qazma işlərindən əl çəkməyə çağırıb.
 
SONDAJI DAYANDIRIN
 
 Brüsseldə mətbuat konfransı keçirən Kocijancic, “Avropa Komissiyasının  2018-in martında açıqladığı və Türkiyənin Şərqi Aralıq dənizində Cənubi Kiprin məhdudlaşdırılmış iqtisadi regionunda apardığı qazma işlərini pislədiyi çox aydın mövqeyi var, bu mövqeyimizi davam etdiririk” deyib.
 
CƏNUBİ KİPRƏ DƏSTƏK
 
 Mogherininin 4 mayda Türkiyəyə etdiyi sözügedən regiondakı qazma işlərini dayandırma çağırışını da xatırladan Kocijancic, "Türkiyənin Kiprin iqtisadi məhdudlaşdırılmış bölgəsindəki suverenliyinə hörmət etməsi lazım olduğuna dair müraciətimizi təkrarlayırıq" deyə əlavə edib.
Aİ-nin qazma işlərinin təkrarlanmaması fikirində olduğunu qeyd edən Kocijancic, Kiprlə tamamilə həmrəy olduqlarını vurğulayıb.
Müxalifət.az