Avropa İttifaqından SƏRT TƏLƏB - “Hakimiyyəti məsuliyyətli olmağa dəvət edirik”

Baxış sayı:
1717

Avropa İttifaqı (Aİ) Ermənistanda müxalifətin keçirdiyi mitinq zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib.
Rusiya mətbuatı xəbər verir ki, bu gün Aİ-nin xarici siyasət xidmətinin mətbuat xidmətinin yaydığı bəyanatda tərəflər məsuliyyətli olmağa dəvət edilir.
Qeyd edək ki, son məlumata əsasən Ermənistan hüquq-mühafizə orqanları keçmiş prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etirazla bağlı bu gün keçirilən aksiyada iştirak edənlərdən 228 nəfəri saxlayıb. Qarşıdurmalar zamanı 7 nəfər xəsarət alıb.