Avropa İttifaqından Rusiyaya növbəti həmlə - Sanksiyaların müddəti uzadıldı

Baxış sayı:
2914

Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı mövcud sanksiyaların müddətini daha 6 ay uzadılmasına razılıq veriblər.

MUXALİFET.AZ bu barədə “Report”a istinadən xəbər verir.

Hazırda Aİ-nin Rusiyaya qarşı bir necə zərfdən ibarət sanksiyaları qüvvədədir. Bunlar arasında fərdi məhdudlaşdırıcı tədbirlər, iqtisadi və Krımın ilhaqı ilə bağlı sanksiyalar var.