Avropa İttifaqından RUSİYA VƏ İRANA ÇAĞIRIŞ

Baxış sayı:
1918

Avropa İttifaqı Suriya hökumətinin daha çox kimyəvi hücum etməməsini təmin etmək üçün Rusiya və İrana müraciət edib.
 
ABŞ, Fransa və İngiltərənin Suriyaya raket hücumu həyata keçirməsi hərəkətli saatlar yaşanmasına səbəb olub. Əməliyyatdan sonra liderlərdən bir-bir açıqlama gələrkən, əməliyyata dair bir açıqlama da Avropa Birliyindən gəlib. Avropa İttifaqı Suriya hökumətinin daha çox kimyəvi hücum etməməsini təmin etmək üçün Rusiya və İrana müraciət edib. Aİ tərəfindən edilən açıqlamada, "Avropa Birliyi, başda İran və Rusiya olmaqla, xüsusilə Suriya rejimi tərəfindən kimyəvi silahların daha çox istifadə edilməsini əngəlləmək üçün öz səlahiyyətlərindən istifadə etməyə çağırıb" deyilib.
Müxalifət.az