Avropa İttifaqından Qarabağla bağlı bəyanat: "Münaqişənin sülh yolu ilə həllinə tam töhfə verməyə davam edəcəyik"

Baxış sayı:
181

"Avropa İttifaqı (Aİ) Gürcüstandakı, Moldovadakı münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tam töhfə verməyə davam edəcək".

Muxalifet.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının illik toplantısında bildirib.

O deyib ki, ATƏT məkanında münaqişələrin həllində konfrontrasiyaya yer yoxdur və yalnız əməkdaşlıq təşkilat daxilində sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edə bilər./report/