Avropa İttifaqından kritik PKK qərarı!

Baxış sayı:
3052

Avropa Ədalət Divanı, PKK-nın Avropa Birliyinin (Aİ) terror təşkilatları siyahısında qalmasına hökm edib. Mərkəzi Lüksemburqda yerləşən Avropa Ədalət Divanının alt məhkəməsi, terror təşkilatı PKK-nın Aİ Şurasına qarşı açdığı məhkəmə iddiasını qərara bağlayıb.
 
Məhkəmə, PKK-nın 2014-2017 illər arasında terror təşkilatları siyahısında tutulmasında üsul xətaları olduğuna, ancaq yeni qərarla PKK-nın Aİ Şurasının terror təşkilatının siyahısında tutulması lazım olduğuna hökm edib.
Qeyd edək ki, PKK, Aİ Şurasının terror aktları səbəbindən tətbiq etdiyi məhdudlaşdırıcı tədbirləri qaldırması üçün 2014-ün may ayında Avropa Ədalət Divanına müraciət etmişdi.
Aİ Şurası, 2002-ci ildə PKK-nı terror təşkilatları siyahısına salmışdı.
Müxalifət.az