Avropa İttifaqından açıqlama: “Brexit” müqaviləsi bitmişdir

Baxış sayı:
7003

Avropa Birliyi (Aİ) Komissiyasının prezidenti Yan Klod Junker, "Bütün tərəflərin “Brexit” müqaviləsinin təkrar müzakirəyə açılmayacağını bilməsi lazımdır" deyib.
 
Strasburq şəhərində Avropa Parlamenti (AP) Baş Assambleyasına müraciət edən Junker, “Brexit” gündəliyinin 13-14 dekabrdakı Aİ Liderlər Zirvəsinə "sürpriz" şəkildə əlavə olunduğunu bildirib.
Aİ və Böyük Britaniyanın 25 noyabrda “Brexit”-də anlaşdığını, bu səbəbdən məsələnin yenidən gündəmə gəlməsindən dolayı təəccübləndiyini ifadə edən Junker, "Əldə etdiyimiz anlaşma ən yaxşı və mümkün olan yeganə müqaviləydi" deyib.
Junker, “Bütün tərəflərin “Brexit” müqaviləsinin təkrar müzakirəyə açılmayacağını bilməsi lazımdır” deyərək əsas problemin AB üzvü İrlandiya Respublikası ilə İngiltərənin hissəsi olan Şimali İrlandiya arasında “Brexit”-dən sonra fizika sərhəd əmələ gəlməsinə mane olmağı hədəfləyən "tədbir maddəsiylə" bağlı olduğunu deyib.
“Tədbir” maddəsinin tərəflər arasında gələcəkdə inşa ediləcək münasibətin də əsasını təşkil etdiyinə diqqəti çəkən Junker, Aİ-nin İrlandiyanı heç vaxt tək qoymayacağını vurğulayıb.
 
Mey-dən “Brexit” diplomatiyası
 
İngiltərənin baş naziri Teresa Mey bu gün parlamentdə nəzərdə tutulan “Brexit” müqaviləsinin səsverməsində "tədbir maddəsinə" qarşı tənqidləri nəzərə alaraq təxirə saldığını açıqlayıb, Aİ Liderlər Zirvəsində tərəf müqabillərindən "tədbir maddəsi" ilə bağlı qayğıları aradan qaldıracaq "təminatlar" almağa çalışacağını qeyd etmişdi.
Mey Hollandiyanın baş naziri Mark Rutte və Almaniyanın baş naziri Angela Merkellə görüşündən sonra axşam saatlarında Brüsseldə Aİ Şurasının sədri Donald Tusk və Aİ Komissiyasının sədri Junkerle ayrı-ayrı bir araya gələcək.
Müxalifət.az