Avropa İttifaqı suriyalı qaçqınlara zülmü dəstəklədi - TÜRKİYƏ İTTİHAM OLUNUR...

Baxış sayı:
2508

Yunanıstan öz sərhədinə qədər gəlmiş qaçqınlara qarşı sərt davrandığı bir zamanda, Avropa İttifaqının təşkilatları yunan hökumətini tam dəstəkləyib.

Yunanıstanın baş naziri Kiriakos Miçotakis, Avropa İttifaqı Komissiyasının sədri Ursula vob der Leyen, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Avropa Parlamentinin sədri David Sassoli və Avropa Şurasının sədri, Xorvatıstanın baş naziri Andrey Plenkoviç ilə Türkiyə-Yunanıstan sərhədindəki Evros rayonunu ziyarət ediblər. Səfərdən sonra keçirilən birgə mətbuat konfransında açıqlama verən Miçotakis, qaçqınlardan siyasi manevr kimi istifadə edildiyini iddia edərək, Türkiyənin bu şəkildə Avropa İttifaqı ilə razılaşmanı pozduğunu da irəli sürüb.

Məsələnin artıq bir qaçqın problemi olmaqdan çıxdığını dilə gətirən Miçotakis deyib: “Bu, Avropanın da sərhədlərini əmələ gətirən Yunanıstanın şərq sərhədlərində assimmetrik bir təhdiddir. Ölkəmizin və bütün Avropanın təhlükəsizliyi üçün, beynəlxalq hüquq və Avropa hüququ çərçivəsində hərəkət edirlər. Avropa da Yunanıstana yardım eləməyə məcburdur və elə də edəcək”.

Aİ Komissiyası sədri Von der Leyen çıxışında fövqəladə bir vəziyyətlə qarşılaşdıqlarını bildirərək deyib: “Yunan hakimiyyəti vəziyyəti nəzarət altında saxlamaq məsələsində çətin bir vəzifə yerinə yetirir.Yunanıstanın sərhəd və sahil mühafizə xidmətlərinə, polisinə təşəkkür eləmək istəyirəm. Bu sərhəd təkcə Yunanıstanın sərhədi deyil, Avropanın da sərhədidir”./Hurriyyet.org