​Avropa İttifaqı Gürcüstanla vizasız rejimi təsdiqlədi

Avropa İttifaqı Şurası Gürcüstanla vizasız rejimin tətbiq edilməsini təsdiqlədi.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə qurumun mətbuat katibliyi açıqlama yayıb. Müvafiq qərara əsasən bundan sonra Gürcüstan vətəndaşları 180 günlük müddətdə 90 günədək Aİ ölkələrinə vizasız səfər edə biləcək.
Martın 1-də Avropa Parlamentinin prezidenti və Avropa İttifaqına sədrlik edən ölkənin nümayəndəsi qanunvericiliyə dəyişiklikləri imzalayacaq. Bundan sonra dəyişikliklər Aİ-nin jurnalında dərc olunacaq və 21 gün sonra qüvvəyə minəcək.