Avropa İttifaqı bu sahəyə 1 trilyon avro ayırır

Baxış sayı:
2287

Avropa İttifaqı iqlimin qorunması üçün 1 trilyon avro ayıracaq.

Trend-in məlumatına görə, bu açıqlamanı Berlində Avropa Komissiyasının yeni rəhbəri, Almaniyanın keçmiş müdafiə naziri Ursula von der Leyen söyləyib.

Leyen bildirib ki, bu məbləğ 2050-ci ilə qədər iqlim dəyişiklərini zəiflətmək üçün növbəti 10 il ərzində ayrılacaq.

Qeyd edək ki, Avropa Komissiyası 2018-ci ilin noyabr ayında tullantıların azaldılması üçün uzunmüddətli strateji konsepsiya təqdim edib.