​Avropa İttifaqı Arif Yunusun azadlığa buraxılmasını alqışlayır

"Bakı Apelyasiya Məhkəməsinin tarixçi və insan hüquqları sahəsi üzrə fəal Arif Yunus barəsində qətimkan tədbirinin dəyişdirilməsi və humanist əsaslarla onun ev dustaqlığına buraxılması qərarını alqışlayıram”.
Virtualaz.org Avropa İttifaqının Azərbaycan nümayəndəliyinə istinadən bildirir ki, bunu nümayəndəliyin rəhbəri Malena Mard deyib.
“Bu, sevindirici hal və müsbət humanist əməldir. Bu irəliləyişin davam edəcəyinə ümid edirəm. Ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanla müvafiq dialoq və əməkdaşlığı daha da dərinləşdirməyə və genişləndirməyə hazırdır", - deyə Malena Mard vurğulayıb.