“Avropa İttifaqı adından bir dövlət təlimat verməməlidir” – Türkiyəli nazir

Ömər Çelik: “Bu ittifaqın təməl prinsipinə təhqirdir”
 
“Avropa İttifaqı adından bir dövlət təlimat verməməlidir”.
"Haber7" xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik Almaniya kansleri Angela Merkelə cavabında bildirib.
“Çox uğursuz açıqlamadır. Bunu xüsusi qeyd etmək lazımdır. Avropa İttifaqı adından bir dövlət təlimat verməməlidir. Bu ittifaqı zəiflədəcək bir açıqlamadır. Bu, Avropa İttifaqını zəiflətmək istəyənlərin verdiyi bəyanatdır. Türkiyənin ittifaqa üzv dövlətlərlə problemi ola bilər. Ancaq bu problemlər Avropa İttifaqı səviyyəsinə çatdırılmamalıdır. Belə bir hal ittifaqın genetikasında da dəyişikliyə yol açar. Almaniya və Türkiyə arasındakı problem Avropa İttifaqına nüfuz etməsinə Avropa İttifaqı Komissiyası yol verməməlidir. Bu ittifaqın təməl prinsipinə təhqirdir. Gömrük Birliyi bizim birtərəfli istədiymiz bir şey deyil. Bu, azad ticarətin artırılması ilə bağlı bir vəziyyətdir. Gömrük Birliyinin yenilənməsi Türkiyə üçün bir mükafat və lütf edilmiş kimi davranılır. Bu, qazan-qazan çərçivəsində irəliləyəcəksə, biz onun davam etməsini istəyirik. Biz Gömrük Birliyinin yenilənməsi məsələsini Nazirlər Kabinetimizin qəbul edəcəyi qərarlarına uyğunlaşdıracağıq. Gömrük Birliyi məsələsi ilə bağlı tələsmirik.. Bu məsələnin sürətlənməsi lazım idi. ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə də bu razılaşma əldə edilmişdi. Trampın prezidentliyi dövründə əldə edilməyib”, -nazir vurğulayıb.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Türkiyə ilə Avropa İttifaqının Gömrük Birliyi arasında razılaşmanın yenilənməyəcəyini bildirib.