Avropa İslam Şurasının İnsan Hüquqlarının İslam Bəyənnaməsi

Redaksiyadan: Tanınmış hüquqşünas Məmmədxan Əzizxanlının təqdimatı ilə Avropa İslam Şurasının İnsan Hüquqlarının Universal İslam Bəyənnaməsini “Hürriyyət”in oxucuları ilə bölüşürük. Bəyannaməni Azərbaycan türkcəsinə Xatirə çevirib:

Məmmədxan Əzizxanlı
 
Yaranma tarixi: 1981
Ön söz

İslam bəşəriyyətə on dörd əsr öncə insan haqları üzrə mükəmməl qanunlar məcmusu verdi. Bu hüquqlar istismar, sıxışdırma və ədalətsizliyi aradan qaldırmaq məqsədilə insanın şərəf və ləyaqətinin müdafiəsinə yönəldilmişdir.
İslamda insan haqları o güclü inama əsaslanır ki, yalnız tək Allah bütün insan hüquqlarının Qanuni Təsisçisi, Mənbəyidir. İlahi mənşəyinə görə İnsan Haqları başçı, hökumət, iclas və hakimiyyət tərəfindən heç bir formada ixtisar edilə, yaxud pozula, həmçinin kiməsə verilə bilməz.
İslamda İnsan Haqları – bütöv İslam qayda-qanunlarının ayrılmaz hissəsidir və bu haqların yazıda və mənəviyyatda həmin qaydaların strukturu çərçivəsində həyata keçirilməsi vəzifəsi bütün Müsəlman hökumət və ictimai təşkilatların üzərinə düşür.
Bir çox dünya, həmçinin bəzi Müsəlman ölkələrində insan haqlarının cəzasız şəkildə tapdanması yolverilməzdir. Bu cür pozuntular bütün dünyada daha çox vicdanı oyanmaqda olan insanlarda ciddi narahatlıq doğuran məsələdir.
Mən həqiqətən ümid edirəm ki, İnsan Haqları üzrə bu Bəyannamə Müsəlman xalqlarına, onlara Allah tərəfindən verilmiş haqlarını tələb etməyə, onu qəti və cəsarətli şəkildə qorumağa güclü stimul verəcəkdir.
Bu Bəyannamə-Peyğəmbər Məhəmmədə (s.ə.s.) həsr olunmuş 12-15 aprel 1980-ci il tarixli London Beynəlxalq konfransında elan edilmiş Universal İslam Bəyannaməsindən sonra - İslam erasının 15-ci yüzilliyini qeyd edən İslam Birliyi tərəfindən elan edilmiş ikinci əsaslı sənəddir.
Universal İnsan Haqları üzrə İslam Bəyannaməsi Qurana, Sünnəyə əsaslanır və görkəmli Müsəlman alimləri, hüquqşünasları, İslam hərəkat başçıları və ziyalıları tərəfindən kompilyasiya (müstəqil tədqiqat aparılmadan, başqalarının əsərlərindən istifadə yolu ilə düzəldilən əsər-tərc.) edilmişdir.
Salem Assam – Baş Katib
Paris 21 Zülqədə 1401
19 sentyabr 1981-ci il
(Quran, Hucurat surəsi (49), ayə 13)
Giriş (qayda)
Nəzərə alsaq ki, insanların yaşaya, inkişaf edə və ətraf aləmdə təhlükədən sıxışdırılmadan, istismardan və məhrumiyyətlərdən azad bir dünyada bəşəri nizam-intizam yaratmağa çalışması əhəmiyyətli dərəcədə yerinə yetirilməmiş qalır;
Nəzərə alsaq ki, insanlığa qarşı İlahi Mərhəmət sayəsində yer əhalisi kifayət qədər əlverişli gündəlik ruzisiylə təmin olunsa da, bu ruzi boş yerə israf olunur və ya qanunsuz və ədalətsiz bölünür;
Nəzərə alsaq ki, Allah Peyğəmbər Məhəmməd (s.ə.s.) vasitəsilə nazil etdiyi Müqəddəs Quran kəlamlarında və sünnədə insan münasibətləri və təşkilatların təsis edilməsi üçün sarsılmaz hüquqi və mənəvi əsaslar göndərmişdir;
Nəzərə alsaq ki, İlahi Qüdrətə görə qanuni insan haqları insan şərəf və ləyaqətinin müdafiəsinə yönəldilmiş, onun sıxışdırılmasının və ədalətsizliyin aradan qaldırılması məqsədilə təyin edilmişdir;
Nəzərə alsaq ki, İlahi sanksiya və mənbə əsasında bu hüquqlar hakimiyyət, iclas və ya başqa təşkilat tərəfindən nə ixtisar, nə ləğv edilə, nə uduzdurula, yaxud başqa müəsisələr tərəfindən kiməsə verilə, özgəninkiləşdirilə bilməz;
İnanclı müsəlmanlar kimi, biz
a) Xeyrxah və Mərhəmətli, Yaradan, Hami, Ali hakimiyyətin Tək Sahibi və insanlığın Tək Rəhbəri, Bütün Qanunların Mənbəyi olan Allaha;
b) yer üzündə Allahın iradəsini yerinə yetirmək üçün yaradılmış insanın canişinliyinə (xəlifəyə);
c) Peyğəmbər tərəfindən gətirilmiş və sonunucu İlahi vəyhi öz kulminasiya nöqtəsinə insanlığa çatdıran Peğəmbər Məhəmmədin (s.ə.s.) timsalında İlahi rəhbərliyin müdrikliyinə;
d) ilahi ruhun səmərəliliyinə, hansı ki, onsuz insanlıq məsələsində nə etibarlı rəhbərlik, nə təbii və mənəvi ehtiyacların təminatına, islam təlimin özündə İlahi rəhbərliyin mahiyyətinin toplanmasını və mükəmməl qorumasını ehtiva etməsini, insanlığa onun Allah tərəfindən yüksək ststus və dəyərlərlə mükafatlandırıldığını xatırlamağı borclu saymaqla;
e) islamın bütün insanlıq üçün nazil olduğuna;
f) Allahla ilkin razılaşmağımıza uyğun olaraq bizim vəzifə və borclarımızın hüquqlarımız üzərində üstünlük təşkil etməsinə, hər birimizin İslam təlimini sözdə, əməldə və bütün əlverişli üsullarla yaymağa və bunu effektiv şəkildə nəinki öz şəxsi həyatımızda, həmçinin cəmiyyətdə etməyə borclu olduğumuza;
q) İslami qayda yaratmaq öhdəliyimizə;
1) bütün insanların bərabər olmasına və mənsub olduğu irqə, dəri rənginə, cinsinə, mənşə və ya dilinə görə birinin digərindən imtiyazlı olmamasına, rahatsızlığa, ayrı seçkiliyə məruz qalmamasına;
2) bütün insanların azad doğulmasına;
3) quldarlıq və məcburi əməyin rədd edilməsinə;
ıv) sosial həyatın əsasını təşkil edən ailənin qorunub müdafiə edilməsi şərtlərinə riayət olunmasına;
v) rəhbərlik və tabeçilikdə olanların tabeçilikdə bərabər olmaqla hər şeydən qabaq Qanun qarşısında bərabər olmalarına;
vı) itaətin Qanunla uyğunluq təşkil edən göstərişlər əsasında olmasına;
vıı) bütün dünyanın hakimiyyəti müqəddəs etimad kimi qiymətləndirməsinə, onun məhdudiyyət çərçivəsində həyata keçirilməsinə, bəyənilmiş tərzdə yazılmlş Qanun və bu qaydada müəyyən olunmuş üstünlüklə layiqli münasibət gösərilməsinə;
vııı) bütün iqtisadi resursların İlahi nemət kimi qiymətləndirilərək, Quran və Sünnə qaydaları əsasında istifadə olunması üçün insanlığa nazil olunmasına;
ıx) bütün ictimai işlərin ixtisaslı tərəflərin qarşılıqlı məsləhəti ilə cəmiyyətin və Qanunun tələbinə uyğun qərarlarla müəyyənləşdirilərək aparılmasına;
x) hər kəs öz qabiliyyətinə uyğun üzərinə götürdüyü öhdəlik və öz əməlinə görə daşıdığı məsuliyyətə;
xı) hər kəs, onun hüquqları pozulduğu halda götürüləcək ölçülərin Qanuna əsaslanacağına əmin olacağına;
xıı) hakimiyyətin də bu qayda-qanunlara uyğunluğu şəraitdə, heç kimin, Qanunla ona verdiyi hüquqlardan məhrum edilə bilməzliyinə;
xııı) hər bir fərdin bütövlükdə cəmiyyətə və ya onun hər hansı bir üzvünə qarşı törədilən cinayətə görə istənilən şəxsi məhkəməyə vermək hüququnun olmasına;
xıv) bütün çalışmaların:
a) insanlığın hər hansı bir istismar, ədalətsizlik və sıxışdırılmasına qarşı;
b) yuxarıda qeyd olunan şərtlər və Qanun çərçivəsində bəyənilmiş üsullarla hər kəsə təhlükəsiz, ləyaqətli və azad həyat yaşamaq imkanı verilməsinə istiqamətləndiriləcəyinə inanırıq.
İslam erasıının on beşinci yüzilliyinin başlanğıcında, Allahın xidmətçisi və Universal İslam qardaşlığının üzvləri kimi davranaraq, İslami əmrlər kimi baxdığımız insan hüquqlarının ayrılmaz və toxunulmazlığını aşağıdakı şəkildə tərəfdarıyıq:

I Yaşama Hüququ
a) İnsan həyatı müqəddəs və toxunulmazdır, bütün çalışmalar onun qorunmasına yönəlməlidir. Qanuni hallar istisna olmaqla, heç kəs şikəst edilə və öldürülə bilməz.
b) Həyatda olduğu kimi, öldükdən sonra da insan bədəni toxunulmazdır. Mərhumun bədəni, yerinə yetirilməsinə sözsüz əməl ediləli olan dəfnetmə qaydalarına uyğun olaraq işlənməlidir.
I I Müstəqillik Hüquuqu Avropa İslam Şurasının İnsan Hüquqlarının İslam Bəyənnaməsi
a) İnsan azad doğulur. Qanuna uyğun hallar istisna olmaqla, onun azadlıq hüququ məhdudlaşdırıla bilməz.
b) Hər bir fərd və hər bir xalq azadlığın bütün: fiziki, mədəni, iqtisadi, siyasi formalarına sahib olma haqqına malik olmaqla, bu hüququ pozan, yaxud, ləğv edənlərə qarşı bütün mümkün vasitələrlə qorunmaq hüququna malikdir. Hər istismar olunan fərd və ya bir qrup insan belə mübarizədə başqa xalq və ya xalqlar tərəfindən qanuni dəstəklənmək huququna malikdir.
III Bərabərlik Hüququ və idarəçilikdə Ayrı-seçkiliyin qadağan olunması
a) Qanun qarşısında bütün insanlar bərabərdir və qanuni müdafiədən istifadədə də bərabər hüquq və imkanlara malikdir.
b) Bütün insanlar, bərabər işə görə, bərabər əmək haqqı almaq hüququna malikdirlər.
c) Heç kəs başqa dinə, dərisinin rənginə, irqinə, mənşəinə, cinsinə və dilinə görə işdən məhrum edilə, qabaqcadan barəsində hər hansı fikrə gəlinə və ya böyük fiziki risqə məruz tutula (qala) bilməz.
IV Ədalətli Mühakimə olunmaq Hüququ (idarəçilikdə)
a) Hər bir insan haqqında yalnız və yalnız Qanuna uyğun qərar verilə, işinə baxıla bilər.
b) Hər kəs nəinki hüquqa, həm də ədalətsizliyə qarşı durmaq; istənilən fiziki cəzaya nisbətdə Qanuni vasitələrə arxalanmaq; ona qarşı istərsə hakimiyyət, ictimai təşkilatlar, yaxud başqa adamlar tərəfindən irəli sürülən istənilən ittihama, mübahisəyə qarşı özünümüdafiəyə, müstəqil məhkəmə araşdırılması qərarını almaq vəzifəsinə malikdir.
c) Bu-istənilən başqa adamın və bütövlükdə cəmiyyətin (partiyanın) hüquqlarını qorumaq-hər kəsin hüquq və vəzifəsidir.
d) Özəl və ya ictimai hüquqlar qorunarkən heç bir insana öncədən gəlinmiş qənaət əsasında münasibət göstərilməməlidir.
e) Kim tərəfindən verilməsindən asılı olmayaraq, Qanuna zidd əmrlərə tabe olmamaq hər bir Müsəlmanın borcu və vəzifəsidir.
V Ədalətli məhkəmə araşdırılması hüququ (idarəçiliyi)
a) Müstəqil məhkəmə kürsüsündən sübutlarla təqsirləndirilmədən heç bir adam cinayətdə təqsirli bilinə və cəza çəkməyə məhkum edilə bilməz.
b) Ədalətli məhkəmə araşdırılması və şəxsi müdafiə imkanı təmin edilmədən heç bir adam təqsirli elan oluna bilməz.
c) Cəza Qanuna, və cinayətin ağırlığına uyğun, onun törədilmə şəraiti nəzərə alınmaqla verilə bilər.
d) Qanunda aydın müəyyən olunmayan heç bir akt cinayət hesab oluna bilməz.
e) Hər bir fərd öz əməlinə görə məsuldur. Əgər birbaşa, yaxud dolayısıyla baxılan cinayət tərkibinə cəlb olunmayıbsa-cinayətə görə məsuliyyət ailənin başqa üzvlərinə və ya qrupa aid edilə bilməz.
XI İctimai işlərin keçirilməsində və idarəçiliyində iştirak etmək hüququ və vəzifələri (idarəçiliyi)
a) Qanuna əsasən hər bir fərd tərkibində olduğu birlikdə (ümmətdə) ictimai iş yerinə (ofis) sahib olmaq hüququna malikdir.
b) Müstəqil məsləhətləşmə prosesi (şura) hakimiyyətlə insanlar arasında inzibati münasibətlərin təməlidir. Bu prinsipə əsasən insanlar həmçinin idarəçiləri seçmək və devirmək hüququna malikdirlər.
XII İnanc, Fikir və Söz Azadlığı (idarəçiliyi)
a) Hər bir insan Qanun çərçivəsində öz fikir və qənaətini ifadə etmək hüququna malikdir. Lakin, heç kəsin yalan, ictimai sakitliiyi pozan məlumat, insanları hörmətdən salan böhtan, iftira yaymaq hüququ yoxdur.
b) Bilik qazanmaq və həqiqəti axtarmaq - hər bir Müsəlmanın nəinki hüququ, həm də vəzifəsidir.
c) Hər bir Müsəlman sıxışdırılmaya qarşı etiraz və mübarizə etmək (Qanunla müəyyən olunmuş qaydada) hüququna və vəzifəsinə malikdir, hətta, bu, dövlətdəki hakimiyyət barəsində belə olarsa.
d) Cəmiyyətin və dövlətin təhlükəsizliyinə zərər vurmayan və Qanunla müəyyən edilmiş çərçivədə məlumat yayılmasına qarşı heç bir maneə qoyulmamalıdır.
e) Heç kimin dini görüşlərinə nifrət və həqarətlə baxılmamalıdır və bu səbəblə cəmiyyətdə başqa cür düşünənlərə qarşı düşmənçılıyə təhrik olmamalıdır; başqalarının dini hisslərinə qarşı hörmətlə yanaşılmalıdır:- bu bütün Müsəlmanların vəzifəsidir.
XIII Dini inanc Azadlığı (idarəçiliyi)
 
(ARDI VAR)