​Avropa İnsan Haqları Məhkəməsi Adnan Oktarla bağlı qərarını verib

Baxış sayı:
11422

Adnan Oktarın Türkiyə əleyhinə etdiyi şikayət rədd edilib.
Muxalifet.az xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsi Adnan Oktarın “Vikipedia”da şəxsiyyətinə təhqir ehtiva edən yazılar yayımlandığı haqqında Türkiyə əleyhinə etdiyi şikayəti rədd edib.
Şikayət Türkiyə məhkəməsinin qərarı və Oktarın iddialarının incələnməsindən sonra səs çoxluğu ilə qəbul edilməyib.
Rədd qərarında istifadəçilərin internetdə öz fikirlərini açıqlayarkən ənənəvi mətbuatdan daha sürətli və daha az nəzarətli ola bildiyi, mətbu orqanların təhqir xarakterli kontentə mane olmaq məqsədilə təsirli tədbirlər görmələrinə baxmayaraq, məhdud bir müddətdə oxucularla paylaşıla biləcəyi vurğulanıb.