​Avropa Fələstini dövlət kimi tanımaqdan İMTİNA ETDİ

Baxış sayı:
750

Fələstinin dövlət kimi tanınması Avropa Birliyinin gündəliyindəki prioritetlər arasında deyil.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Avropa Birliyi Xarici Siyasət və Təhlükəsizlik Komissarlığı yayıb. AB bununla belə Fələstinlə assosiasiya haqqında razılaşmanın imzalanması üçün danışıqlara hazırlaşdığını bildirib:
“Assosiasiya haqqında razılaşma, danışıqların bitməsindən asılı olmayaraq, Fələstin dövləti yaradılmadan imzalanmayacaq. Saziş hazırlanacaq, amma onun imzalanıb, qüvvəyə minməsi yalnız Fələstin dövlətinin yaranmasından sonra mümkün olacaq”.