"Avropa Doğu Perinçeye borcludur" - Məmmədxan Əzizxanlı

15.10.2015-ci il tarixdə Türkiyənin Vətən Partiyasının başqanı, Türkiyənin insan hüquqlarının qorunması üçün yaradılmış Tələt Paşa Komitəsinin başqanı çox hörmətli Doğu Perinçek qardaşımız uydurma “erməni soyqırımı” barədə İsveçrə məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətini Avropa İnsan Hüquqları Məhkəməsində udmuşdur.
Bu uğurla bağlı Onu, komitə üzvlərini və bütün Türkiyə vətənsevərlərini təbrik edirəm! Bu uğur, təkcə Doğu Perinçek və onun silahdaşlarının deyil, bütün Türk millətinindir! Yüz illik şovinist, səlibçi, imperialist iftirasına hüquqi qiymət verməklə sonuclandırılması Avropanı, yuvarlandığı ədalətsizlik bataqlığına gömülməkdən saxladı...
İnsani dəyərlərə sayğılı simasını axırıncı imkanda qoruyub saxlaması münasibəti ilə Avropanı da təbrik edirəm! Deməli, Avropada ləyaqətli insanlar az deyil. Bu məhkəmə davasının timsalında öz müsbət simasını qoruya bilməsinə görə Avropa... Doğu Perinçeye borcludur.
Bizə xoş dəqiqələr yaşadan Atatürk əsgərlərinə alqış!!!

Məmmədxan Əzizxanlı

Bakı, 16.10.2015-ci il