Avropa digər siyasi məhbusların da azadlığa buraxılmasını gözləyir

Baxış sayı:
5503

Avropa İttifaqı Novruz bayramı münasibətilə 400-dən çox məhbusun əfv edilməsini alqışlayır.
 
Bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin martın 17-də dərc olunan rəsmi bəyanatında deyilir.
Əfv olunanlar arasında siyasi partiyaların, qeyri-kommersiya təşkilatlarının nümayəndələri, blogerlər və jurnalistlər var.
"Bu addım təqdirəlayiqdir," bəyanatda vurğulanır. Avropa İttifaqı Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq gələcəkdə bu cür addımların davam etdiriləcəyini gözləyir.
Avropa İttifaqı insan hüquqları sahəsində əməkdaşlığı genişləndirmək üçün Azərbaycanla qarşılıqlı əlaqələri davam etdirəcək ki, bu da "bizim qarşılıqlı münasibətlərdə mühüm elementdir."
Azərbaycan prezidenti İlham Əliyev 431 məhbusun əfv edilməsi barədə fərman imzalayıb. Onların arasında 14 əcnəbi, o cümlədən iki rusiyalı var. Onların əksəriyyəti cəzasının qalan hissəsini çəkməkdən, 12 nəfər cərimədən azad edilib. Ömürlük məhkum edilmiş üç nəfərin cəzası uzun müddətə həbslə əvəzlənib.
Hüquq müdafiə təşkilatları 160-dək şəxsi siyasi məhbus kimi tanıyıb. Onlar siyasi məhbus kimi tanıdıqları 51 nəfrərin prezidentin əfv sərəncamı ilə azadlığa çıxdığını bildirib.