​Avropa bizə deyil, özünə görə bunu etməlidir - İran

Baxış sayı:
2392

İran öz maraqlarına cavab verdiyi müddət ərzində nüvə razılaşmasından imtina etməyəcək.
Muxalifet.az xəbər verir ki, bunu “Şpiqel” jurnalına müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Bu razılaşma məntiqli kompromisin nəticəsidir. İran öz maraqlarına cavab verdiyi müddət ərzində razılaşmada qalmağa davam edəcək. Bizim üçün prioritet olan əsas məsələ odur ki, İran gələcəkdə də məqbul həcmdə neft sata bilsin.
Avropalılar və müqaviləyə imza atan digər ölkələr ABŞ sanksiyalarının təsirinin kompensasiyası üzərində işləməlidirlər. Mayda onlar bizə paket təqdim etdilər. Bu, ciddi öhdəliklər idi. İndi bu paket reallaşmalıdır. Bunun əhəmiyyəti odur ki, Avropa bu paketi İran üçün yox, özünün suverenliyi və uzunmüddətli iqtisadi maraqları üçün reallaşdırmalıdır”, – deyə o bildirib.