Avropa Birliyinin sanksiyası Türkiyəyə necə təsir edəcək? - TƏHLİL

Baxış sayı:
178

Avropa Birliyi Türkiyənin Şərqi Aralıq dənizindəki qanuni fəaliyyətlərinə qarşı 4 maddəlik bir sanksiya siyahısı hazırladı.
 
Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu o qərar üçün "Boş şeydir, buna sanksiya belə demək olmaz" dedi, "Türkiyəyə təsir edəcək bir şey deyil" deyə də əlavə etdi.
İndi AB-nin sanksiya siyahısına nəzər yetirək.
Türkiyə AB ilə müzakirə prosesində olduğu üçün 2020-ci ildən etibarən maliyyə yardımı planı vardı, AB-nin sanksiya siyahısındakı ilk maddə o planla əlaqədardır və bu maliyyə yardımının kəsilməsini nəzərdə tutur.
Bu kəsilmə 2020-dən sonranı ehtiva edir, üstəlik AB onsuz da 2018 və 2019 illərində Türkiyəyə bu fonddan kəsilməni tətbiq edirdi. Yəni bu yeni bir vəziyyət deyil. AB onsuz da o fondu kəsmişdi, indi də AB kəsdiyi yardımı elan etmiş oldu.
Sanksiya siyahısının ikinci maddəsi havaçılıq razılaşması müzakirələrinin təxirə salınması ilə bağlıdır.
Qeyd edildiyi kimi ortada bir razılaşma onsuz da yoxdur.
Yalnız müzakirə var, təxirə salmaqla təhdid etdikləri də o müzakirələrdir.
Qaldı ki, havaçılıq razılaşması prosesinə, əvvəldən bu "ölü doğulmuş bir razılaşma" olaraq müəyyən olunmuşdu.
Üçüncü maddə, ticari əlaqələrdə üst səviyyə dialoqun dayandırılmasıdır.
AB son 4-5 ildir Türkiyəylə bir çox mövzuda böhranlar yaşadığından bu dialoq da dəfələrlə dayandırılmışdı. AB bu sanksiya maddəsiylə olmayan bir dialoqun dayandırılmasından bəhs etmiş olur.
Dördüncü maddə, Avropa Sərmayə Bankının dəstək kreditlərini nəzərdən keçirmə tövsiyəsidir.
Maddədə açıqlandığı kimi, ortada bir konkret qərar yoxdur.
AB-nin sanksiya siyahısı bundan ibarətdir. Bağlayıcılığı olmayan, tövsiyə xüsusiyyətində, içi boş, Türkiyəyə yönəlik heç bir konkret addımın atıla bilməyəcəyi bir siyahıdır.
Adı sanksiyadır, amma ortada sanksiya filan yoxdur.
Əslində ola da bilməz, çünki AB-nin Türkiyəyə yönəlik elə ağır bir sanksiya tətbiqinə gücü və yox cəsarəti də yoxdur.
Niyə?
Şərqi Aralıq dənizindəki fəaliyyətlərindən ötəri Türkiyəni ağır bir cəzaya məhkum edə bilməzlər.
Əgər belə bir addım atmaq istəsələr, Şərqi Aralıq dənizində çıxan təbii qazın Avropaya transferində problem yaşaya bilərlər. AB üzvü ölkələrin bir qisimi təbii qazın Türkiyə üzərindən onlara çatacağını bilir.
Bu vəziyyəti Türkiyəni qəzəbləndirərək, ya da qarşılarına alaraq riskə atmaq istəmirlər.
AB-nin Türkiyəyə zəruri ehtiyac duyduğu bir başqa məsələ də immiqrant razılaşmasıdır.
2015-in yay aylarında Suriyalılar Avropa sərhədlərinə söykənəndə AB ölkələri nə edəcəyini bilmirdi, sərhədlərini bağlayanlar, tikanlı məftillər quranlar olmuşdu.
Suriyalı mühacirlər məsələsi AB üçün bir kabus idi və onları bu kabusdan qurtaran Türkiyə idi.
AB ilə Türkiyə arasında mühacir razılaşması var.
Üstəlik, Türkiyə geri qəbul daxil razılaşmasının bütün maddələrini 2015-dən bu yana tam olaraq yerinə yetirir.
AB isə öhdəiliklərini yerinə yetirmədi.
Suriyalılara toplam 6 milyard avro kömək edəcəkdilər, onu da etmədilər.
Türkiyəylə müzakirələrdə yeni fəsillər açacaqdılar, açmadılar.
2013-dən bu yana etibarlı olmasına baxmayaraq Türk vətəndaşlarına yönəlik viza tətbiqini qaldıracaqdılar, qaldırmadılar.
Türkiyənin AB üçün iqtisadi dəyərini və AB-nin bu an həm iqtisadi, həm siyasi, həm də sosioloji çətinlikləri və böhranlarını da nəzərə alsaq, AB-nin Türkiyəyə sanksiya tətbiq cəsarətinin olmadığını çox dəqiq görə bilərik.
Bunun nümunəsini daha əvvəl də gördük.
Məsələn, Türkiyə FETÖ və PKK terror təşkilatlarıyla mübarizə edərkən AB, "terrorla mübarizə qanununda islahat aparın, əks halda müzakirələri dayandırarıq" deyə təhdid etmişdi.
“Terrorla mübarizədə islahatlar edin” deyəndə, əslində "terrorçuların yaxasını rahat buraxın" demək istəyirdilər.
AB-nin o təhdidi Türkiyənin zərrə qədər vecinə də olmadı.
Sonra isə Avropa Parlamentində "müzakirələri təxirə salma" tövsiyəsi qərarı qəbul edildi.
Ancaq Avstriya xaric, heç bir AB üzvü ölkə bu tövsiyə qərarına uyğun davranmadı.
Hər şey bir yana, AB-nin Türkiyəyə qarşı içi boş da olsa, "sanksiya" kimi təhdidlər sovurması belə qəbul edilə bilməz.
Çünki bu içi boş sanksiyanın səbəbi Türkiyənin Şərqi Aralıq dənizindəki qəsb edilməyə çalışılan təbii qazı üçün verdiyi mübarizədir.
Türkiyə qeyri-qanuni bir şey etmir, Aralıq dənizinə sahili belə olmayan ölkələr Yunanlar üzərindən təbii qaz ehtiyatlarını bölüşdürərkən, Türkiyə beynəlxalq hüquqdan doğan öz qanuni haqlarını qorumağa çalışır.
Müxalifət.az