“Avropa Birliyinin qapılarını Türkiyənin üzünə bağlayacağam” – Alman siyasətçi

Baxış sayı:
2008

Avropa Birliyi Komissiyasının sədrliyinə namizəd olan Alman siyasətçi Manfred Veber, Türkiyə ilə bağlı açıqlama verib.
 
 Növbəti il Yan Klod Yunkerdən boşalacaq olan Avropa Birliyi (Aİ) Komissiyası sədrliyinə namizəd olan Alman siyasətçi Manfred Veber, Türkiyəyə qapıları tamamilə bağlayacağını açıqlayıb. Avropa Parlamentindəki ən böyük qrup olan Xristian Demokrat Avropa Xalq Partiyasının (EPP) lideri olan Veber, "Türkiyə, heç bir zaman Aİ-yə üzv ola bilməz” deyib.
Veber, sədr seçildiyi təqdirdə Türkiyə ilə üzvlük müzakirələrinə rəsmən son verəcəyini söyləyib. Veber, vəzifəyə başladıqdan sonra, mümkün olan ən qısa müddətdə Türkiyənin AB üzvlüyü məsələsinin üzərinə bir "qırmızı xətt” çəkmək istədiyini vurğulayıb.
Müxalifət.az