​Avropa Birliyindən Yanukoviç – QƏRARI

Baxış sayı:
4777

Avropa Birliyi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar qəbul edib.
Bununla bağlı Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.
Qərar Yanukoviçə və onun yaxın ətrafına daxil olan 12 şəxsə aid edilib.
Sanksiyalar siyahısından Ukraynanın sabiq ədliyyə naziri Yelena Lukaş və biznesmen Sergey Klyuyevin adı çıxarılıb.
Qeyd edək ki, Avropa Birliyi 2014-cü ildə Yanukoviç və adamlarına qarşı sanksiyalarla bağlı qərar qəbul etmişdi.