​Avropa Birliyindən Türkiyəyə Menbiç tələbi – “ƏMƏLİYYATLARA BAŞLAMA...”

Baxış sayı:
1774

Avropa Birliyi Türkiyəni Suriyanın kürdlərin nəzarətində olan Menbiç bölgəsində əməliyyatlara başlamamağa çağırır.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib. O bildirib ki, Türkiyə Avropa Birliyinin əhəmiyyətli ortağıdır:
 
“Türkiyə bölgədə çox önəmli rol oynayır. Biz Suriyada şiddətə son qoyulmasını, terrorizmin məğlub olmasını, bu ölkədə və bütün bölgədə sabitliyin əldə edilməsini istəyirik. Bu səbəbdən türkiyəli rəsmilərin koalisiyanın İŞİD-ə qarşı səylərini baltalaya bilən və ya Suriyada sabitliyi poza bilən hər cür birtərəfli qərardan geri çəkilməsini gözləyirik".
 
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun bir neçə gündən sonra Suriyanın kürdlərin nəzarətində olan Menbiç bölgəsində əməliyyatlara başlayacağını bəyan edib.