Avropa Birliyindən Türkiyəni TƏHDİD EDƏCƏK TƏKLİF

AB Komissiyasının üzvü Yohannes Han, Türkiyəyə edilən maliyyə yardımlarının azaldılması üçün təklif hazırladıqlarını açıqlayıb.
 
Üzvlük məsələsində on illərdir Türkiyənin başını qatan Avropa Birliyi, qaçqınlar üçün ediləcək maliyyə yardımla bağlı müqavilənin şərtlərini yerinə yetirmir.
 
DAXİLİ SİYASƏTƏ İSTİQAMƏT VERMƏK MƏQSƏDİ
 
Müqaviləyə görə Türkiyəyə olunacaq maliyyə yardımlarını verməyən Avropa Birliyi, Türkiyənin daxili siyasətinə də qarışmağı qarşısına məqsəd qoyub.
 
TÜRKİYƏ ƏLEYHİNƏ TƏKLİF
 
Avropa Birliyi Komissiyasının Genişlənmədən məsul üzvü Yohannes Han, Türkiyə əleyhinə bir təklif hazırlayıb.
Belçikalı Han, Türkiyəyə veriləcək ödəmələrin dayandırılmasını, beləliklə, Türkiyənin Aİ siyasətlərinə uyğun siyasətlər yürüdəcəyini deyib.
 
HƏDƏF TÜRKİYƏ İQTİSADİYYATI

Han, Türkiyənin maliyyə cəhətdən sıxışdırılmasının Avropa İttifaqı baxımından müsbət nəticələr doğuracağını da sözlərinə əlavə edib.
Terrorçuların yuvası halına gələn Belçika, Avropa Birliyi daxilində Türkiyənin AB-nə üzv olmasına qarşı çıxan dövlətlər sıralamasında ilk sıralarda yer alır.
Aİ-də daim Türkiyəni hədəf taxtasına çevirməyə çalışan Belçika, sözügedən təklifi dekabrın 12-də Aİ Nazirlər toplantısında icraata qoymağı planlaşdırır.

Müxalifət.az