Avropa Birliyindən QÜDS QƏRARI

Baxış sayı:
4069

Avropa Birliyi (Aİ) Liderlər Zirvəsində, birliyin Qüds mövzusundakı mövqeyinin dəyişdirilməməsi qərarı verilib.
 
Zirvənin yekun bəyannaməsinin sonunda Qüds məsələsinə toxunularaq, "Avropa İttifaqı iki dövlətli həll planına güclü bağlılığını və bu baxımdan Aİ-nin Qüdsə dair mövqeyinin dəyişməyəcəyini təsdiq edir" İfadəsi qeyd olunub.
Avropa İttifaqı, Qüdsün 1967-ci il sərhədlərində iki dövlətin də paytaxtı olmasını dəstəkləyir. AB, ABŞ prezidenti Donald Trampın əksinə, birtərəfli addımlardan çəkinməyi və Qüdsün statusunun danışıqlar nəticəsində müəyyən olunmasını istəyir.
Müxalifət.az