Avropa Birliyindən qalmaqal “Türkiyə” qərarı! Sanksiya təsdiqləndi

Baxış sayı:
175

Alman Xəbər Agentliyi tərəfindən edilən xəbərə görə, AB Şərqi Aralıq dənizindəki qazma fəaliyyətləri səbəbiylə Türkiyəyə sanksiya tətbiq qərarı verib.
 
Alman mətbuatının qeyd etdiyinə görə, AB Türkiyənin Türk Kiprinin (KKTC) quru sularında reallaşdırdığı qazma işlərini səbəb göstərərək bir silsilə sanksiyanı nəzərdə tutan paketi təsdiqləyib.
Avropa Birliyinin (AB) Kipr qitə sahənliyindəki fəaliyyətlərindən ötəri Türkiyəyə yönəlik sanksiyaları təsdiqlədiyi bildirilib.
Alman Xəbər Agentliyi (DPA) də bu haqda məlumat yayıb.
Xəbərə görə, AB Ankaraya edilən maliyə yardımını məhdudlaşdıracaq və hava daşımacılığı razılaşması ilə əlaqədar görüşləri təxirə salacaq.
Müxalifət.az