Avropa Birliyindən kritik addım-İRAN BRÜSSELƏ DƏVƏT OLUNDU

Baxış sayı:
1795

Avropa Birliyi (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Təmsilçisi Josep Borell, İran XİN Cavad Zərifi Brüssselə dəvət etdi.
AB Xarici Əlaqələr Xidmətindən verilən yazılı açıqlamaya görə, Borell, Zərif ilə dünənki telefon söhbətində, general Qasım Süleymaninin öldürülməsindən və Iraqda gərginliyin bu günlərdə artması səbəbindən narahtlığını ifadə etdi.
Borell, həmkarına gərginliyi azaltmağın və təmkinli davranmağın vacib olduğunu vurğuladı.
Zəriflə İranla nüvə sazişi barədə da danışan Borell, sazişin qlobal təhlükəsizlik üçün əhəmiyyətli olduğunu və özünün də "koordinatör" kimi sazişə sadiq olduğunu ifadə etdi.
Borell, İranlı həmkarını baş vermiş hadisələri müzakirə etmək üçün Brüsselə dəvət etdi.
Muxalifet.az