Avropa Birliyində qılınclar çəkildi: ABŞ üçün “qara siyahı” hazırdır

Baxış sayı:
4237

Avropa Birliyi ABŞ prezidenti Donald Trampın Avropadan avadanlıq və avtomobil hissələri idxalına gömrük tarifləri tətbiq edilməsi yönündə bir qərar verdiyi təqdirdə buna cavab verməyə hazırdır. Prezident Trampın Avropadan avadanlıq və avtomobil hissələri idxalına gömrük tarifləri barədə qərarını 18 maya qədər verməsi gözlənilir. Aİ-nin ticarət şefi Cecilia Malmstrom etdiyi açıqlamada, "ABŞ-ın tarif tətbiq etməklə bağlı qərar verdiyi təqdirdə cavab tədbirləri görmək üçün istifadə ediləcək məhsullarla bağlı bir siyahı hazırlayırıq. Əgər ABŞ tarif tətbiq etmək yönündə addım atarsa, biz də bu siyahını dərc etdirəcəyik" deyə söyləyib. Trampın Avropadan avadanlıq və avtomobil hissələri idxalına tarif tətbiq etmək qərarı aldığı təqdirdə Avropa Birliyi 20 milyard avro məbləğində ABŞ məhsulunu hədəf alacaq. ABŞ-ın bu idxala 25 faiz gömrük tarifi tətbiq etdiyi təqdirdə Avropadan idxal edilən avtomobillərin ABŞ-da satış qiymətləri 10 min avro yüksələcək. Müxalifət.az