​Avropa Birliyinə məxsus konvoya hücum: ölənlər var

Baxış sayı:
3352

Avropa Birliyinə məxsus konvoya Somalinin paytaxtı Moqadişuda hücum edilib.
Muxalifet.az xəbər verir ki, AB-nin Sülh Qüvvəsi AMISKOM-u hədəf alan Əş-Şəbab terrorçuları bomba yüklü avtomobili partladıblar. Nəticədə 10 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
Əş-Şəbabın sözçüsü Əbu Musab hücumu üzərlərinə götürdüklərini, avropalı rəsmiləri hədəf aldıqlarını bildirib.
O qeyd edib ki, daha sonra itkilər haqqında məlumat verəcək.