Avropa Birliyi yeni liderini seçdi!

Baxış sayı:
5389

Avropa Birliyinin liderləri AB Komissiya sədrliyinə Almaniyanın Müdafiə naziri Ursula von deyer Leyenin təyin edilməsi mövzusunda uzlaşıb.
 
Avropa Birliyinə (AB) üzvü ölkələrin liderləri AB Komissiya sədrliyinə Almaniyanın Müdafiə naziri Ursula von deyer Leyen, AB Şurası rəhbərliyinə Charles Michel, AB Yüksək Təmsilciyinə Josep Borrell, Avropa Mərkəz Bankı (ECB) Başçılığına isə Christine Lagardenin təyin edilməsi mövzusunda razılaşıb.
Şurada böyük əksəriyyətlə təyin olunan yeni AB Komissiyası sədrinin Avropa Parlamenti üzvlərinin əksəriyyətinin təsdiqini alması lazımdır.
Mövcud AB Komissiyasının sədri Lüksemburqlu Jean-Claude Junckerin vəzifə müddəti isə 31 oktyabrda sona çatır. Yeni sədrin 1 noyabrda vəzifəyə başlaması gözlənilir.
Qeyd edək ki, Leyen AB Komissiyası sədrliyinə liderlər tərəfindən namizəd göstərilən ilk qadın oldu.
Müxalifət.az