Avropa Birliyi və İngiltərə “Brexit”-də anlaşdı

Baxış sayı:
9478

Avropa Birliyi (Aİ) və İngiltərə arasında davam edən “Brexit” danışıqlarında gələcək münasibətləri müəyyən edən layihə sənədi ilə bağlı razılıq əldə olunub.
 
Aİ Şurasının sədri Donald Tusk, sosial media hesabından verdiyi açıqlamada, "Aİ və Böyük Britaniya arasındakı gələcək münasibətləri tənzimləyən siyasi bəyannamə layihəsini 27 üzv ölkəyə göndərdim" deyə qeyd edib.
 
Liderlərin təsdiqinə təqdim olunacaq
 
Tusk, Avropa Komissiyasının prezidenti Yan Klod Yunkerə müzakirələrdə prinsipdə razılıq əldə olunduğunu söylədiyini və siyasi bəyannamənin liderlərin təsdiqinə təqdim olunacağını bildirib.
Qeyd edək ki, İngiltərənin baş naziri Teresa Mey, dünən Brüsseldə Yunkerle görüşündən sonra “Brexit” müzakirələrində irəliləmə qeyd edildiyini, ancaq bütün problemlərin həll olunmadığını açıqlamışdı.
Aİ ilə İngiltərə arasında ötən həftə 585 səhifəlik ayrılıq aktı layihəsində razılıq əldə olunmuşdu, ancaq gələcək münasibətləri müəyyən edəcək siyasi bəyannamə üzərində müzakirələr davam edirdi.
Digər tərəfdən, Brüssel, 25 noyabrda Aİ liderlərinin iştirak edəcəyi xüsusi bir “Brexit” sammitinə ev sahibliyi etməyə hazırlaşır.
Liderlərin, ayrılıq müqaviləsi layihəsinə imza atması və İngiltərə ilə Aİ arasında gələcəkdə inşa ediləcək münasibəti müəyyən edəcək "siyasi bəyannaməni" də qəbul edəcəyi gözlənilir.
Müxalifət.az