Avropa Birliyi miqrantlara qarşı yeni ordu yaradır

Baxış sayı:
2764

Türkiyə ilə gəldiyi razılıq sayəsində iki ildir ki, qaçqın axınlarına qarşı açıq bir yüngüllük yaşasa da problemi tam olaraq həll etməyən Avropa Birliyi (Aİ), tədbirlərini radikal şəkildə artırmağa hazırlaşır. AB Komissiyası, gələn il keçiriləcək Avropa seçkiləri ərəfəsində populist partiyaların qaçqınları yenə intensiv şəkildə daxili siyasət vasitəsi kimi istifadə etməyə başladığı bir vaxtda 10 min nəfərdən ibarət olacaq, silah daşıma hüququna malik, daimi bir sərhəd qoruma gücü yaradılmasını təklif edəcək.
 
SABAH AÇIQLANACAQ
 
Detalları sabah Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Juncker tərəfindən Avropa Parlamentində açıqlanacaq güc, sərhədlərin qorunması üzrə “Frontexin” quruluşu çox fərqli bir ölçüdə olacaq. Komissiya, 2015-dəki qaçqın böhranı ərəfəsində 300 nəfərdən ibarət olan, böhrandan sonra isə sayı 1500 nəfərə çatan gücün kiçik bir ordu səviyyəsinə yüksəldilməsini, "Avropaya qonşu bölgələrdəki əhali dinamikalarına və qeyri-sabitliyə bir cavab kimi əsaslandırır.
Yeni quruluşun ən mühüm vəzifəsi Aİ sərhədlərinə qanunsuz girişləri əngəlləmək olacaq. İndi olduğu kimi, quru, dəniz və hava ünsürlərini özündə ehtiva edən güc, bir Aİ ölkəsindən digərinə qaçqın keçidinə əsaslanan ikinci hərəkətlərin də qarşısını alacaq. Yeni güc, sığınacaq müraciətləri qəbul edilməyən qaçqınların geri dönmələrinin sürətləndirilməsində da mühüm rol oynayacaq.
Səlahiyyətləri böyük ölçüdə Brüsseldə olacaq gücə bağlı ünsürlər müvəqqəti olaraq silah istifadə etmə səlahiyyətinə malik olacaq. Aİ ölkələri arasında keçid etməklə yanaşı, bağlı ölkənin razılığı olduğu təqdirdə üçüncü ölkələrdə də fəaliyyət göstərmək yeni gücün xüsusiyyətləri arasında yer alacaq.
 
35 MİLYARD AVRO VƏSAİT
 
AB Komissiyasının 2020-də operativ olmasını nəzərdə tutduğu güc üçün maliyyə resursları da səfərbər ediləcək. Sərhəd qoruma üçün hazırda ayrılan vəsait 13 milyard Avro səviyyəsindədir. Bu vəsaitin 2021-2027 dövr üçün təxminən 35 milyard Avro səviyyəsinə yüksəldilməsi gündəlikdədir.
Müxalifət.az