​Avropa Birliyi kiberordu yaradır

Avropa Birliyi kiberhücumlara qarşı ayrıca ordu yaratmalıdır.
Bunu Avropa Parlamentinin iclasında çıxışı zamanı deputat Manfred Veber söyləyib. Onun sözlərinə görə, bu ordu AB-nin kiberinfrastrukturunun necə müdafiə edildiyini göstərəcək.
Qeyd edək ki, bundan öncə eyni təkliflə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker çıxış etmişdi.