Avropa Birliyi İran kəşfiyyatını terror siyahısına daxil etdi

Baxış sayı:
5827

 ABŞ-ın İrana qarşı embarqo və təzyiqi artarkən Avropa Birliyi də İran xüsusi xidmətinin Daxili Təhlükəsizlik Qurumu ilə iki nəfəri terror siyahısına daxil edib, İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Avropadakı varlıqları da dondurulub.
 
Qərar Hollandiyanın tövsiyəsi ilə qəbul olunub.
 
Sözügedən sanksiya müvafiq orqanın rəhbəri Səid Haşimi Moghadam ilə Vyanada yaşayan İranlı diplomat Assadullah Asadiyi əhatə edir. Bəyanatda sanksiya qərarının qismən Hollandiyanın tövsiyəsi ilə alındığı bildirilib. Alınan sanksiya qərarı ilə İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (MOIS) Avropadakı fondları və varlıqları da dondurulub. Danimarkanın xarici işlər naziri Anders Samuelsə AB-nin sanksiya qərarını Twitter üzərindən elan edib.
Müxalifət.az