Avropa Birliyi də tərəfini seçdi: ƏSƏD HESAB VERMƏLİDİR

Baxış sayı:
3421

Avropa Birliyi (Aİ), Bəşşar Əsəd rejiminin Dumadaki kimyəvi silah hücumuna görə, hesab verməli olduğunu bəyan edib.
 
AB Komissiyası Xidmətindən bildiriblər ki, "Suriyada işlənən bütün müharibə cinayətləri və kimyəvi silahdan istifadə üçün hesab verilməlidir ".
 
GƏLƏN HƏFTƏ MÜZAKİRƏ OLUNACAQ
 
Bəyanatda Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Üzrə Ali Nümayəndəsi Federika Mogherini, üzv dövlətlərlə Suriyadakı proseslərə dair ünsiyyət halında olduğunu bildirərək məsələnin gələn həftə keçiriləcək AB Xarici İşlər Nazirləri toplantısında da müzakirə olunacağını qeyd edib.
Qeyd edək ki, Əsəd rejiminin, Şərqi Gutada müxaliflərin nəzarətindəki son nöqtə olan Duma rayonunda mülki yaşayış yerlərinə 7 apreldə keçirdiyi kimyəvi silah hücumunda 78 vətəndaş ölüb.
Müxalifət.az