Avropa Birliyi “Brexit”in təxirə salınmasında anlaşdı

Baxış sayı:
5944

AB Şurasının sədri Donald Tusk 27 AB üzv dövlətinin “Brexit”-i təxirə salma mövzusunda razılaşdıqlarını açıqlayıb.
 
Tusk bu məlumatı Twitter hesabından açıqlayıb.
Tusk tvitter hesabında bu ifadələri işlədib:
"27 AB ölkəsi “Brexit”-in təxirə salınmasına razılaşdı və indi İngiltərənin baş naziri Teresa Mey ilə görüşəcəyəm və İngilis hökumətinin razılığını alacağam".
 
Böyük Britaniyaya 6 ay verildi
 
Tusk İngiltərəyə ən yaxşı “Brexit” çözümünü tapması üçün 6 ay, yəni 31 oktyabra qədər vaxt verildiyini bəyan edib.
Müxalifət.az