“Avropa Baharı” başladı! “Sarı jiletlilər” aksiyası Almaniyaya sıçradı

Baxış sayı:
4834

Fransanın Yelisey meydanında başlayan "Sarı Jiletlər" etiraz aksiyası Avropanın hər yerinə yayılır. Avropanın “dynamo”su kimi tanınan Almaniyaya da sıçrayan aksiya Berlində həyata keçirilir.
 
Fransa, Belçika və Hollandiyadan sonra Almaniyaya da yayılan aksiya Berlinin ən çox tanınan yerlərindən olan Brandenburq qapıları önündə həyata keçirilib. Çox sayda etirazçının iştirak etdiyi aksiyada Fransaya dəstək şüarları səsləndirilib.
Aksiyaların rəmzi olan "Sarı Jiletlər" burada da özünü göstərib.
 
Avropa mətbuatının səsi çıxmır
 
Avropanın dörd böyük ölkəsində keçirilən “Sarı Jiletlər” aksiyaları xüsusilə Fransa və Belçikada yandırıb-yaxır, ancaq buna baxmayaraq mətbuat hadisələri görməməzliyə vurmağa davam edir.
Fransanın məşhur mətbuat orqanı “Le Fiqaro” və Almaniyanın ən çox oxunan jurnallarından “Spiegel” hadisələri sanki görmürlər kimi səslərini çıxarmırlar.
Müxalifət.az