​Avropa ABŞ-a qarşı: Əlimizdən gələni edəcəyik...

Baxış sayı:
4813

Avropa Birliyi Avropa şirkətlərinin İranla iş əlaqələrini genişləndirməsini alqışlayır.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin baş diplomatı Federika Moqerini deyib.
“Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, Tehran nüvə razılaşması çərçivəsində qalsın və İran xalqı razılaşmadan iqtisadi faydalarını götürsün. Kiçik və orta ölçülü şirkətlərin İranla biznes əlaqələrini genişləndirməsini alqışlayırıq”, - Moqerini bildirib.
Qeyd edək ki, AB-nin Avropa şirkətlərinin ABŞ sanksiyalarından qorunması haqqında qərarı bu gündən etibarən qüvvəyə minib.