Avroliqa oyunu: Yəmən yəhudiləri bakılılara qarşı

Baxış sayı:
13336

Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Neftçi” bu gün İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində  “Neftçi” bu gün İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.  “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq.   Qarşılaşmanın idarə olunması fransalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Kərim Abed olacaq. Ona Hişam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək.

“Bney Yehuda” komandası Bakıya  heyətində iki legionerlə gəlir. Bunlar qapıçı Emiliyus Zubas (Litva) və yarımmüdafiəşi İsmaila Sorodur (Kot dİvuar).  İsrailin paytaxtını təmsil edən klub 1936-cı ilin yanvarında yaradıb.  Klubun adının belə adlanmasının səbəbi isə Yəmən yəhudilərinin özlərini Yaqub peyğəmbərin dördüncü övladı - “Tövrat”da adı çəkilən İudanın nəslinin davamçıları sayması olub. İuda isə yəhudi dilində “Yəhuda” adlandığından, klubun adı “Bney Yehuda” qoyulub. Yəni “Yəhudanın davamçıları”.

1940-cı ildə IV divizionda debüt edən klub ilk dəfə 1959-cu ildə yüksək diviziona vəsiqə qazanıb.  1968-ci ildə isə ilk mükafatını-ölkə kubokunu qazanıb. Komanda dörd dəfə ölkə kubokunu başı üzərinə qaldırıb, bir dəfə isə Superkuboku bayram edib. 1989/90 mövsümündə isə tarixində ilk və hələ ki son dəfə İsrail çempionu ola bilib.

Klub paytaxt Təl-Əvivin  “Makkabi” və “Hapoel”idən  sonra şəhərin üçüncü klubu sayılır. Bu mövsüm çempionatda 5-ci yeri tutan “Bney Yehuda” ölkə kubokunu qazanması sayəsində Avropa Liqasının III mərhələsindən mübarizəyə qatılmaq imkanı əldə edib. “Neftçi” ilə oyun bu komandanın 14-cü avrokubok matçı olacaq.

Bu klub 10 il əvvəl avrokubok matçında hazırda I divizionda olan “Zaqatala” ilə qarşılaşıb. Zaqatalalılar Bakıda 0:1, İsraildə isə 0:3 hesablı məğlubiyyətlə üzləşiblər. “Bney Yehuda” ev oyunlarını “Ramat Qan” stadionunda keçirir.

Idman (1).jpg (47 KB)

“Yeni Müsavat” xəbər verir ki, “Bney Yehuda” klubunun baş məşqçisi Yossi Abukasis 1970-ci ilin 10 sentyabrında anadan olub. Karyerasına “Hapoel”in gənclər komandasında başlayıb,   1987/1988-ci illər mövsümündə isə əsas kluba gəlib. Elə həmin il “Hapoel” ölkə çempionluq qazandı və Abukasis komandada daha 5 il oynadı.  1994/1995 mövsümündə Abukasis “Bney Yehuda”nın heyətinə keçdi. Sonra isə  “Beitar Jerusəlim” klubuna transfer olundu. Abukasis 1995-ci ildən 2001-ci ilə qədər bu klubun heyətində  oynadı. Onun oynadığı dönəmdə klub iki dəfə çempionluğu bayram etdi. Abukasis İsrail millisinin heyətində  2000-ci il Avropa çempionatına qatılıb.

2001/2002-ci illər mövsümündə Abukasis “Hapoel”ə qayıtdı, daha il yarım burada oynadı və karyerasını başa vurdu. 2013-2016-cı illərdə Abukasis “Bney Yehuda”nın baş məşqçisi olub. Daha sonra qısa fasilə verib və 2017-ci ildən klubun yenə əsas məşqçisidir. 

Neftçi" ilə qarşılaşacaqları oyunlar haqda fikirlərini bildirib. Abukasis “Neftçi”nin güclü komanda olduğunu deyib: ““Neftçi”nin Tula “Arsenal”ına qarşı oyununda idim. Onlar yüksək keyfiyyətli legionerlərə sahib güclü komandadır. “Neftçi”yə qarşı oynamaq bizim üçün çətin olacaq. Yaxşı nəticə əldə etmək üçün nəyə qadir olduğumuzu göstərməliyik".

Idman (3).jpg (12 KB)

Avrokuboklarda ardıcıl 4 qələbə ilə Azərbaycan futbol tarixinə düşən “Neftçi” yaxşı formadadır. “Neftçi”, ümumiyyətlə, italiyalı mütəxəssis  Roberto Bordinin kluba gəlməsindən sonra xüsusən  taktiki planda xeyli önə çıxa bilib. Tula “Arsenal”ı ilə son oyunu MATÇ-TV-də izləyənlər bilir ki, rus şərhçilər klubumuz haqda ən xoş sözlər dedilər. “Arsenal” ilk dəfə olaraq Avrokuboklarda gücünü sınasa da, Rusiya çempionatının səviyyəsi Azərbaycanla müqayisə edilə bilməz.     

“Neftçi” Avroliqanın qrupuna düşmək şansını buraxmamalıdır. Çünki klubun hazırkı formada qalması üçün Avroliqanın qrup mərhələsində iştirakı çox əhəmiyyətlidir. Kluba azarkeş dəstəyi də artıb və “Qarabağ”dan sonra “Neftçi”nin də uğurları hamını sevindirməlidir. 

 “Qarabağ”dan ayrılan Vild-Donald Geryenin karyerasını “Neftçi”də davam etdirəcəyi təsdiqlənsə, bu, bakılılar üçün yaxşı xəbər olacaq. Onunla iki illik müqavilə imzalanacağı gözlənilir. Futbolçu “Instagram” hesabının hekayə bölümündə “ağ-qara” formada fotosunu paylaşaraq, “Neftçi”yə keçdiyinə işarə vurub.

Idman (4).jpg (39 KB)

Haitili oyunçunun “Qarabağ”da çox faydası dəymişdi və “Neftçi” bu transferdən ancaq uda bilər.  

“Bney Yehuda”nın bu heyətilə “Neftçi”ni keçmək şansları sıfıra bərabərdir. Sadəcə, möcüzə ilə bacara bilərlər. Ancaq onların Yossi Abukasis kimi dahi baş məşqçisi var. “Neftçi” isə çox güclüdür". Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın israilli oyunçusu Əmir Ağayev ölkəsinin mətbuatına müsahibəsində deyib.

Idman (6).jpg (10 KB)

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə İsrailin “Bney Yehuda” klubunun mübarizəsini dəyərləndirən yarımmüdafiəçi təmsilçimiz haqda müsbət fikirlər səsləndirib: “Ötən mövsüm çempionluğu son anda əldən verdilər. Möhtəşəm futbolçulara malik olan böyük klubdur. Dario Frederiko kimi futbolçuları var. Onlar güclü hücum xəttinə malikdir. ”Bney Yehuda" bunu göz önünə almalıdır".

Ə.Ağayev “Bney Yehuda”dan yalnız Din Morinin ondan “Neftçi” haqda soruşduğunu bildirib: “Din Moridən başqa heç kim mənimlə danışmayıb. ”Neftçi"ni keçəcəklərinə inanmağım çətindir. Məncə, “Bney Yehuda” heyətini gücləndirmək və çempionatı düşünür. Bu səbəbdən də mənimlə əlaqə saxlamadıqlarını düşünürəm".

Qeyd edək ki, Əmir Ağayev “Bney Yehuda”nın yetirməsidir və 2017-ci ilə qədər bu klubda çıxış edib.

Uğurlar, “Neftçi”...
musavat